Qanı qanla yuyacağız
Odu odla söndürəcəyiz
Kimə nə?
Lap da belə başımızı qaldırıb,
Göyə tüpürəcəyiz ağız-ağız
Bir də,Qanı qanla yuyacağız.
Heyvan deyilik ki,
Bəlli ki sevməyi də bacarırız bir az
O dur... çət otağında mənə hazırlanan qız!
Biz böylə bir əcayib insanız!
Kimisinə üzük qaşıdır
Bacımın dum-duru gözləri
Kimisinə biçaq sapıdır qardaşımın sümükləri
Kimisinə sap bəzəyidir balamın dişləri
Kimisinə şallaq hörüldü anamın saçları
Kimisinə şərab piylasıdır babmın baş kasası
Kimənə heyyy,
Vətəni bir qəpikə satan PAN-ız
Biz böylə bir əcayib insanız!
Şüşə-şüşə çaxır
serium vurulur damarlarıma hər gecə
O, dur ayağım axır
O, dur beynimdən yağ kimi əriyib,
Ağzıma damlar düşüncələr
O, dur kağız üstünə qan qusduğum şeir
Ürəyim bomba qurulub köksümdə,
çəkil yanımdan qız!!!
Biz böylə bir əcayib insanız!